Xəbər lenti
Keçmiş vitse-prezident də ABŞ prezidenti olmaq istəyir
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bu gün 2024-cü il ABŞ prezident seçkilərində iştirak etmək üçün Federal Seçki Komissiyasına ərizə verib.
Bu barədə "Reuters" və AP agentlikləri məlumat yayıb.
Bildirilir ki, o, Respublikaçılar Partiyasından namizəd olacaq.
Agentliklərin məlumatına görə, Pens seçki kampaniyasına iyunun 7-si günü Ayova ştatında çıxışı ilə başlayacaq. O, videoçarx da yayımlamağı planlaşdırır. AP qeyd edir ki, həmin gün onun ad günüdür, Pensin 64 yaşı tamam olacaq.
Mayk Pens Donald Tramp administrasiyasında vitse-prezident olub. Respublikaçılar Partiyasından prezidentliyə ümumilikdə 14 namizədin mübarizə aparacağı gözlənilir. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Florida ştatının qubernatoru Ron DeSantis, Cənubi Karolina senatoru Tim Skott, iş adamı Vivek Ramasvami, Arkanzas ştatının qubernatoru Asa Hatçinson, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və radio aparıcısı Larri Elder yarışda iştirak edəcəklərini açıqlayıb. Respublikaçıların praymerizinə əsas namizəd Donald Trampdır. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar