Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İçkidən "boğulub ölən" 5 məşhur

Tarix: 05-06-2023 19:06     Baxış: 3266 A- / A+


İçkidən  "boğulub ölən"   5 məşhur
Bu aktyorların həyatını spirtli içkiyə olan sevgiləri məhv edib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bir zamanlar hər kəsin sevdiyi, lakin özlərinə qarşı mərhəmətsiz davranan 5 məşhur aktyor barədə məlumat verir.

Oleq Dal bir zamanların ən populyar və ən istedadlı aktyorlarından idi. Çəkiliş meydançasına içkili halda gəlib dava salmasına baxmayaraq, onu rejissorlar tez-tez filmlərə dəvət edirdilər. Bir qədəh içəndən sonra sərxoş olan aktyor hətta tam sərxoş halda səhnəyə çıxıb rolunun öhdəsindən ustalıqla gəlirdi.
Depressiyanın öhdəsindən araqla gəlmək istəyən Oleq Dal günlərin birində səhnədə rolunu unudub tamaşaçılardan çəkmək üçün siqaret istəməsiylə rəhbərliyin səbr kasasını doldurub. O, 39 yaşında spirtli içkidən zəhərlənmə nəticəsində ölüb.

Yuri Boqatıryov da içkiyə uduzan məşhurlardandır. O, pəhləvan cüssəsinə baxmayaraq, çox inciyən insan olub.
Oleq homoseksual idi, bu duyğusunu gizlətmək üçün də spirtli içkilərdən çox istifadə edirdi. O, hətta losyon və odekolon da içirdi. Antidepresantları spirtli içkilərlə birlikdə istifadə etdiyi üçün 42 yaşında ürəktutmasından ölüb.

Hər kəsin yaxşı tanıdığı və sevdiyi müğənni və aktyor Vadimir Vısotski də içki həvəskarı idi. O tez-tez və çox içirdi. Hər dəfə əyləşdiyi içki süfrələrindən dava edərək qalxırdı.
Xanımı Marina Vladini də özü kimi alkaqolikə çevirmişdi. Marina ərinin kimlərləsə içib dava salmaması üçün özü onunla oturub içdiyindən, asılı vəziyyətə düşmüşdü. Vısotski həm də narkotik maddələrdən asılı vəziyyətə düşmüşdü. Pis alışqanlıqları 42 yaşında ölümü ilə nəticələnib.

Frunzik Mkrtçyan da daim sərxoş gəzən məşhurlardan idi. Buna səbəb aktyorun uğursuz şəxsi həyatı idi. Birinci arvadı ölmüşdü, ikinci arvadı psixi xəstə idi. Psixi xəstə qadının manyaklıq dərəcəsindəki qısqanclığı onun sənətinə də mane olurdu.
Üçüncü evliliyindən də yarımayan aktyor tamamilə qurşanmış və evində boş içki şüşələrinin arasında ölü tapılmışdı.

Aktrisa Yelena Mayorova da sərxoşluqdan gözü açılmayanlardan idi. O nakam sevgisini unutmaq üçün spirtli içki içirdi. 
Yelena Mayorova 37 yaşında sərxoş vəziyyətdə üstünə benzin tökərək özünü yandırıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar