Xəbər lenti
Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlama
Əlbəttə, Sinan Oğanın böyük jestinin Ərdoğan tərəfindən qarşılıqsız qalmayacağı şübhə doğurmur. Bəs Türkiyə lideri kritik məqamda onun yanında olan azərbaycanlı siyasətçini nə ilə mükafatlandıracaq?
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Pariyasından (AK) seçilmiş deputatı Şamil Ayrım bildirib ki, Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qiymətləndirilməsi istisna edilmir.
“Yeni dönəmdə Sinan Oğan hansısa vəzifədə ola bilər. Əlbəttə, bununla bağlı qərar cənab Prezidentin səlahiyyətindədir. Ancaq indiki vəziyyətdə belə bir qərar yoxdur. Sinan bəyi irəliləyən dönəmdə Prezidentimiz ən yaxşı şəkildə dəyərləndirəcək”, - deputat deyib.
AKP funksioneri Yunus Kılıç isə vurğulayıb ki, hazırda Sinan Oğana hansısa vəzifənin verilməsi məsələsi gündəmdə deyil:
“Sinan Oğana vəzifə verilməsi gündəmdə yoxdur. Sinan bəy son anda cənab Prezidentimizi dəstəkləmək qərarını alıb. Bundan hamımız məmnun olmuşuq. Ancaq bu qərar bəzi mətbuat orqanlarının və tərəflərin iddia etdiyi kimi sövdələşmə əsasında alınmayıb. Prezidentimiz də açıq şəkildə qeyd edib ki, biz heç kimə söz verməmişik. Sinan Oğanın da belə bir tələbi olmayıb. Yenə deyirəm ki, vəzifə məsələsi zamana görə müəyyənləşə bilər. Ancaq hazırda belə bir məsələ gündəmdə deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar