Xəbər lenti
Zelenski: Biz əks hücuma hazırıq

Manevr.az BBC Ukraynaya istinadən xəbər verir ki, o, bu barədə WSJ-yə müsahibəsində bildirib.
“Biz uğur qazanacağımıza qəti inanırıq. Bunun (əks-hücum - red.) nə qədər vaxt aparacağını bilmirəm. Düzünü desəm, fərqli yollarla, tamam başqa cür gedə bilərdi. Amma biz bunu edəcəyik, hazırıq”, - Zelenski bildirib.
WSJ-nin qeyd etdiyi kimi, Ukrayna dövlət başçısı Rusiyanın cəbhə xəttində səmada üstünlüyünə malik olduğunu etiraf edib və güclü silahların olmadığı təqdirdə “çox sayda hərbçinin öləcəyini” vurğulayıb.
“Biz müəyyən şeylərə sahib olmaq istərdik, amma aylarla gözləyə bilmərik”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, Ukrayna öz şəhərlərini və cəbhə xəttindəki qoşunlarını qorumaq üçün əlavə “Patriot” raket batareyalarına ehtiyac duyur. Zelenskinin sözlərinə görə, o, 50 belə batareyaya sahib olmaq istərdi, çünki bu, Rusiya raketlərinin bəzi növlərini tuta bilən yeganə sistemdir.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar