Xəbər lenti
Paşinyanın şok planı: “Rus bazaları çıxarılır, İranla sərhəddə...“ - Bozoyan
“Azərbaycan və Ermənistan liderləri arasında Kişinyovda keçirilən görüş (beştərəfli) 2022-ci ilin oktyabrında Praqada başlayan böyük prosesin tərkib hissəsidir”.
“Paşinyan ötən ilin oktyabrın 6-dan həllə bağlı Qərb platformasını seçdi. Orada ondan Qarabağın Azərbaycanın tərkibində qalmasını qəbul etməyi və bunun əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağı tələb etdilər. Paşinyan bununla razılaşıb. Azərbaycan prezidenti 10 noyabr anlaşmasına yenidən baxıldığını bildirdi, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb”, - ekspert bildirib.
Bozoyan iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin 10 noyabr anlaşmasını bərpa etməyə çalışsa da, buna nail ola bilmir. O, artıq Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra durumun dəyişdiyini söyləyib. Bozoyan “Laçın dəhlizi”nin Azərbaycanın nəzarətinə keçməsinin isə prosesdə geridönməz vəziyyət yaratdığını diqqətə çatdırıb.
“Əgər Ermənistan başçısı faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılaşırsa, ruslar ermənilərdən daha çox erməni ola bilməz. Artıq rusların formal olaraq vasitəçi olduğu bəllidir”, - ekspert qeyd edib.
Bozoyanın fikrincə, Qarabağın Azərbaycanın tərkibində qalacağı rəsmən təsdiqlənərsə, orada yaşayan ermənilərin böyük əksəriyyəti Qarabağda qalmayacaq.
Ekspert onu da qeyd edib ki, Ermənistanda Rusiya və İranın təsirini aradan qaldırdıqdan sonra ikinci mərhələdə bunu həll etməyə çalışacaqlar: “İndi elə bir mərhələdəyik ki, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamalı, buna Qərb və Türkiyə zəmanət verməlidir”.
Bozoyan bildirib ki, Paşinyan Bakı və Ankaradan zəmanət ala bilsə, Rusiya öz hərbi bazalarını Ermənistandan çıxarmalı olacaq. İddiasında bir az da irəli gedən erməni politoloq qeyd edib ki, rusların çıxmasından sonra Türkiyə ordusu Ermənistan ərazisində yerləşəcək və İranla sərhədi (Zəngəzuru) tam nəzarətə götürəcək.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar