Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Çin rəhbərliyində qadın qalmayıb

Tarix: 03-06-2023 11:07     Baxış: 4189 A- / A+

“Çin Xalq Respublikasının idarəçilik sistemində qadınların sayının az olması narahatlıq doğurur”.

Manevr.az
-ın məlumatına görə, BMT-nin Çinlə bağlı yeni hesabatında belə deyilir.
Bildirilir ki, Çin parlamentində (Xalq Nümayəndələri Yığıncağı) deputatların yalnız 26,54 faizi qadındır: “Ölkənin idarəçiliyinə məsul olan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunda, eyni zamanda büronun ali orqanı sayılan Daimi Komitədə isə ümumiyyətlə qadın yoxdur”.
Hazırda Siyasi Büro 24 nəfərdən, Daimi Komitə 7 nəfərdən ibarətdir.
BMT-nin hesabatında deyilir ki, XXI əsrdə Siyasi Büroda həmişə qadınların təmsilçiliyi, minimum səviyyədə də olsa, təmin edilib: “Ancaq 2022-ci ilin oktyabrından Siyasi Büronun 24 üzvünün hamısı kişidir. Son 20 ildə belə hala rast gəlinməmişdi”.
BMT Çin hakimiyyətinə idarəçilik sistemində gender bərabərsizliyini aradan qaldırmaq üçün qanuni kvotalar tətbiq etməyi, dövlətin bütün strukturlarında, o cümlədən məhkəmə orqanlarında, diplomatik xidmətdə qadınların təmsilçiliyini genişləndirməyi məsləhət görür.
Çində Kommunist Partiyasının Mərkəzi Komitəsi partiyanın qurultayında, Siyasi Büronun və Daimi Komitənin tərkibi isə Mərkəzi Komitənin plenumunda formalaşır. Partiya rəhbəri (baş katib) də Mərkəzi Komitənin plenumunda seçilir.
2012-ci ildən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir. 2013-cü ildən o həm də Çin Xalq Respublikasının sədri – dövlət başçısıdır. Çin Xalq Respublikasının sədri Xalq Nümayəndələri Yığıncağında seçilir.novator.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar