Xəbər lenti
Almaniyada hökumətdən məmnunluq rekord dərəcədə azalıb

Almaniyada hökumətdən razı olanların nisbətində rekord azalma olduğu və hər beş nəfərdən yalnız birinin özünü məmnun hiss etdiyi açıqlandı.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, ictimai yayım ARD-ın keçirdiyi sorğuya əsasən, əsas müxalifətdə olan Xristian Sosial Birlik Partiyaları (CDU-CSU) 29, koalisiya hökumətini quran Sosial Demokrat Partiyası 18, Yaşıllar 15, Azad Demokrat Partiyası isə 7 faiz səs toplayıb.
Sorğunun nəticələrinə görə, əhalinin 79 faizi federal hökumətin işindən narazıdır.
Anketdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) 18 faizlə ölkənin üçüncü ən böyük partiyası olduğu diqqətə çatdırılıb.
İfrat sağçı AfD-nin səs nisbətinin Baş nazir Olaf Scholz-un partiyası SPD ilə eyni səviyyədə olması diqqət çəkir. Böyük və köklü partiyaların immiqrasiya siyasətindən məyus olması və qaçqınların sayının artması səbəbindən alman seçicilərin AfD-yə keçdiyi bildirilir.
Sol Partiya isə ölkədə 4 faizlə 5 faizlik seçki baryerinin altına düşmək təhlükəsi ilə üz-üzədir.
2021-ci ildə Almaniyada keçirilən seçkilərdə koalisiya hökumətini quran partiyalardan SPD 25,7, FDP 11,5, Yaşıllar 14,5, müüxalifət partiyalarından CDU-CSU 24,1, AfD isə 10,3 faiz səs toplayıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar