Xəbər lenti
Süni intellekt operatoru öldürdü - Onun qorxulu siması üzə çıxdı

Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, may ayında Londonda keçirilən Gələcək Döyüş Hava və Kosmik İmkanlar Sammitində süni intellektin qorxulu siması üzə çıxıb.
ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt əməliyyatları rəisi polkovnik Taker Hamilton, süni intellektin simulyasiya edilmiş sınaqlarda “məqsədinə çatmaq üçün çox gözlənilməz strategiyalardan” istifadə etdiyini söylədi.
"Sistem təhlükəni aşkarlayanda bəzən insan operatoru ona bu təhlükəni öldürməməsini deyirdi. Lakin süni intellekt bu təhlükəni öldürməklə xal qazandığını anlamağa başladı. Bəs o, nə etdi? O, operatoru öldürüb, çünki həmin şəxs onun məqsədinə çatmasına mane olub.
Eksperimental qırıcı sınaq pilotu Hamilton, süni intellektə çox güvənməmək barədə xəbərdarlıq etdi.
Qeyd edək ki, ABŞ ordusu süni intellektə əl atıb və bu yaxınlarda F-16 döyüş təyyarəsini idarə etmək üçün süni intellektdən istifadə edib.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar