Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İngiltərə Moldovaya 10,5 milyon funt sterlinq yardım edəcək

Tarix: 01-06-2023 19:54     Baxış: 3171 A- / A+

Böyük Britaniyanın baş naziri Sunak Ukraynalı qaçqınlar üçün Moldovaya 10,5 milyon funt sterlinq dəyərində yeni dəstək paketi təqdim edib.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Rişi Sunak Avropa Siyasi Birliyinin (AST) Zirvə Toplantısı üçün olduğu Moldovada təmasları ilə bağlı açıqlamalar verib.

"Moldovaya səfər edən ilk İngiltərə Baş naziri olaraq, Rusiyanın təcavüzü qarşısında Moldovaya dəstək paketini elan etməkdən xoşbəxtəm. Moldova tək deyil",- Sunak Twitter hesabından verdiyi açıqlamada qeyd edib.
Sunak AST zirvəsi ilə bağlı Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamada Moldovaya ediləcək yardım paketinin təfərrüatlarını paylaşıb.

Avropanın ən yoxsul ölkəsi olan Moldovanın əhalisi ilə müqayisədə ən çox immiqrantı qəbul edən dövlət olduğuna diqqət çəkən Sunak bildirib ki, Rusiyanın Dnestryanı bölgəsində qeyri-qanuni hərbi varlığından tutmuş, bu ilin əvvəlində ortaya çıxan çevriliş cəhdinə qədər Moldova, daim rus təcavüzünə məruz qalır.
Baş nazir İngiltərənin Moldovaya mart ayında enerji başda olmaqla bir çox sektorda islahatlar üçün 10 milyon , Ukraynalı qaçqınlar üçün 12,5 milyon funt sterlinq yardım edildiyini bildirib. Yardımlar Birləşmiş Millətlər Təşkilatının təsisatları ilə çatdırılıb.
Sunak, bugünkü paketdə 10,5 milyon funt sterlinq yardım göstəriləcəyini və bu çərçivədə ukraynalı qaçqın qadın və uşaqlara dəstək veriləcəyini vurğulayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar