Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Stoltenberq: Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz

Tarix: 01-06-2023 19:31     Baxış: 3354 A- / A+

Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz.
Manevr.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Osloda NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bütün müttəfiqlər Moskvanın NATO-nun genişlənməsinə qarşı veto hüququna malik olmaması ilə razılaşır. Biz hərəkət edirik, müttəfiqlər Ukraynanın (NATO-red.) üzv olacağı ilə razılaşırlar”,- deyə Stoltenberq bildirib:

Stoltenberq həmçinin Kiyev üçün Rusiyanı ölkəyə qarşı dəfələrlə hərbi əməliyyatlardan çəkindirmək üçün nəzərdə tutulmuş təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasına çağırıb.

Onun sözlərinə görə, təfərrüatlar hələ işlənməyib.

Vilnüs sammitində NATO liderləri Kiyevə güclü dəstək siqnalı vermək niyyətindədirlər. Ancaq cəmi altı həftə qalıb, müttəfiqlərə Ukraynaya nə təklif edəcəyi ilə bağlı ümumi dil tapmaq üçün təzyiqlər artır.

Kiyev və onun Şərqi Avropadakı ən yaxın müttəfiqləri Ukraynanı üzvlüyə yaxınlaşdırmaq üçün konkret addımlar atmağa çağırsalar da, ABŞ və Almaniya kimi Qərb hökumətləri alyansı Rusiya ilə müharibəyə yaxınlaşdıra biləcək hər hansı addımdan ehtiyatlanırlar.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar