Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin milli kəşfiyyat rəhbəri vitse-prezident ola bilər

Tarix: 31-05-2023 19:41     Baxış: 3214 A- / A+

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti postunu tuta bilər. 
Manevr.az xəbər verir ki, bu barədə çərşənbə günü "Hürriyet" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, iyunun 3-də and içdikdən sonra yeni müddətə yenidən seçilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti elan edəcək. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatına rəhbərlik edən Fidan nazir postu ala və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər. “Hürriyyət”də qeyd olunan bu məsələ uzun müddətdir ki, Ankarada müzakirə olunur.

Qəzetin yazdığına görə, prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumətə daxil ola bilər, onun mümkün vəzifəsi göstərilmir. Bundan əvvəl yerli mətbuat onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini yazmışdı.

“Hürriyet” həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəkin Nazirlər Kabinetinə gözlənilən təyinatını da açıqlayıb. Ərdoğan onunla bir gün əvvəl görüşüb, lakin görüşdən sonra heç bir açıqlama verilməyib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar