Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazir öz oğlunu işdən qovdu - Səbəb...

Tarix: 31-05-2023 08:34     Baxış: 3193 A- / A+

Yaponiyanın baş naziri Fumio Kişida böyük oğlu Şotaronu siyasi məsələlər üzrə şəxsi katib vəzifəsindən azad edib.
Manevr.az xəbər verir ki, buna əsas səbəb oğulun baş nazirin iqamətgahında Yeni il gecəsi dostları ilə kef məclisi təşkil etməsi olub. Yeni il gecəsinin fotoları Yaponiyanın "Syukan bunshun" həftəlik qəzetində dərc edilib.
Kişida oğlunun işdən çıxarılmasına münasibət bildirərkən bunları söyləyib:
"Onun ictimai siyasi məsələlər üzrə katibi vəzifəsini həyata keçirərkən bu hərəkətini qəbul edə bilməzdim. Məsuliyyətini daha dərindən dərk etməsi üçün oğumu işdən çıxardm".
Qeyd edək ki, bundan əvvəl baş nazir öz oğlunu "uyğun olmayan" davranışına görə açıq şəkildə qınayıb. Kişida köməkçisi Takayoşi Yamamotonu oğlundan sonra boşalmış vəzifəyə təyin edib.
Şotaro Kişida 2022-ci ilin oktyabrında baş nazirin səkkiz şəxsi katibindən biri olub. Dövlət vəzifələrində varisliyin təmin olunması və bu məqsədlə ailə üzvlərinin təyin edilməsi Yaponiya siyasətində adi hal sayılır.
Şotaro hələ bu ilin yanvar ayında qeyri-qanuni fəaliyyətinə görə yerli medianın diqqət mərkəzinə düşmüşdü. Belə ki həmin vaxt o, London və Parisə şəxsi turlar üçün səfirlik avtomobillərindən istifadə edib və dəbdəbəli London univermağından nazirlər üçün suvenir alıb.
Əvvəllər Yaponiya baş nazirinin təxminən yüz yaşı olan iqamətgahı yalnız onun ofisi kimi fəaliyyət göstərirdi. 2005-ci ildə binada yaşayış mənzilləri qurulub.ölkə.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar