Xəbər lenti
Hücumlar Ukrayna rəhbərliyi tərəfindən həyata keçirilib - Peskov
"Moskvaya pilotsuz təyyarələrlə hücum Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə həyata keçirdiyimiz uğurlu hücuma cavab olaraq Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdır."
Manevr.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov səhər saatlarında Moskvaya edilən pilotsuz təyyarə hücumunu dəyərləndirərkən, jurnalistlərə verdiyi açıqlamada deyib,
"Putinin işi bu gün kifayət qədər tez başlayıb. O, Rusiya Müdafiə Nazirliyi və əlaqədar qurumlardan, Moskva və bölgə bələdiyyə sədrlərindən, Rusiya Fövqəladə Hallar Nazirliyindən birbaşa məlumat alıb" ,- hücumla bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini bildirən Peskov qeyd edib.
Hücumların Ukrayna rəhbərliyi tərəfindən həyata keçirildiyini ifadə edən Peskov, “Ukraynada qərar qəbul etmə mərkəzlərindən birinə həyata keçirdiyimiz uğurlu hücuma cavab olaraq hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdır. Sözügedən hücum bazar günü edilib”. deyib.
Peskov bildirib ki, hücumlar həm də Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyata” haqq qazandırır.
Səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya qarşı PUA-larla hücumlar təşkil edilib, PUA-ların vurduğu binaların bir qismi zədələnib.
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynanın Moskvaya pilotsuz təyyarə hücumu ilə heç bir əlaqəsi yoxdur.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar