Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"İsraildən Dəməşqə hava hücumu" iddiası

Tarix: 29-05-2023 11:17     Baxış: 3287 A- / A+
İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.

Manevr.az xəbər verir ki, Suriyadakı SANA xəbər agentliyi hərbi mənbəyə əsaslanaraq, yerli vaxtla saat 23:45-də Dəməşq ətrafındakı bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəf alındığını iddia edib.

Xəbərdə "Havadan müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayaraq bəzilərini vurdu. Hücum nəticəsində ziyan meydana gəldi" ifadələrdən istifadə edilmişdir.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Məlumdur ki, Dəməşq və onun kənd ərazilərində Livan Hizbullahının ünsürləri, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qrupları mövcuddur.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.

Nigar
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar