Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Chrome veb brauzerini yeniləməyənlər bunu edə bilməyəcəklər

Tarix: 27-05-2023 19:54     Baxış: 3137 A- / A+

Google Chrome-un yenilənməmiş versiyalarında tərcümə funksiyasının deaktiv ediləcəyini açıqlayıb.
 
Manevr.az xəbər veeir ki, Google Chrome avtomatik tərcümə xüsusiyyətinə malikdir ki, istifadəçilər milyonlarla veb səhifəni öz dillərindən başqa oxuya bilsinlər.

Bununla belə, Google öz dəstək səhifəsində izah edir ki, Chrome-un köhnə versiyalarına sahib olanlar "Bu səhifə tərcümə oluna bilmədi" mesajını görməyə başlayacaq, çünki funksiya köhnə versiyalarda deaktiv edilib.

Google vurğuladı ki, səhifəni tərcümə etmək üçün Chrome-un ən son versiyası quraşdırılmalıdır.

Adətən yeni versiya aşkar edildikdə Chrome avtomatik olaraq yenilənir, lakin proses əl ilə də həyata keçirilə bilər. Bəzi hallarda cihazlar texniki məhdudiyyətlərə görə yeniləməyə icazə verməyə bilər.

Chrome köhnə versiyadadırsa, yeni versiyaya yeniləmək üçün aşağıdakıları edin:

Chrome-u açın, yuxarı sağ küncdəki üç şaquli nöqtəyə klikləyin. Açılan menyudan Yardıma, sonra Google Chrome haqqında bölməsinə keçin. Açılan səhifədə Google Chrome-u yeniləyin düyməsini basın. Yenidən başladın düyməsini basaraq prosesi bitirin.

Əgər yeniləmə seçimi görünmürsə, deməli, siz artıq Chrome-un ən son yeniləməsindən istifadə edirsiniz.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar