Xəbər lenti
Niderland prokurorluğu Putinin keçmiş kürəkəninin torpağına həbs qoydu - Şəkillər
Niderland prokurorluğu Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəninin torpağını müsadirə edib.
Belə ki, prokurorluq Putinin böyük qızı Mariya Voronsova ilə evli olmuş iş adamı Yorrit Faassenin Amsterdam ətrafındakı torpaq sahəsinə həbs qoyub.
Bu barədə Hollandiyanın “Follow The Money”, Rusiyanın “Proyekt” və Britaniyanın “The Guardian” nəşrlərinin birgə araşdırmasında bəhs edilib.
Bildirilib ki, Amsterdamın cənub-şərqində yerləşən Duyvendrextdəki 1432 kvadratmetrlik sahə hələ də boşdur. 2021-ci ildə ərazinin sahibi kimi qeyd olunan Faassenə altı kiçik ofis binası və bir evin tikintisi üçün icazə verilib. Lakin keçən ilin martında bələdiyyə icazə prosedurunu Faassenin Putinlə yaxın əlaqələri səbəbindən dayandırıb.
Bu ayın əvvəlində Niderland torpaq reyestrindəki qeydlərə görə, torpaq sahəsinə maliyyə, iqtisadi və ekoloji qanun pozuntularına görə prokurorluq tərəfindən həbs qoyulub. Niderland prokurorluğu həbsin səbəbi və Faassenin istintaq altında olması ilə bağlı açıqlama verməyib. Hüquqşünas və sanksiyalar üzrə ekspert Helen Over de Lindenin sözlərinə görə, ərazinin müsadirə olunması Faassenin təhqiqat predmeti ola biləcəyini göstərir.
Faaasenlə tanış olan təhqiqatçıların mənbələri bildirirlər ki, o hələ də Moskvada yaşayır, bu yaxınlarda isə Niderlanda qayıdıb və orada sanksiyalardan yayınma işi ilə bağlı sorğu-sual edilib. Onun noutbuku və mobil telefonu müsadirə edilib. Bundan sonra o, Rusiyaya qayıdıb.
Jurnalistlər qeyd edirlər ki, həbs qoyulan torpaq sahəsinin Faassenə aidiyyatı ictimaiyyətə yaxşı məlum olub. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalının əvvəlində bu ərazinin yaxınlığında etiraz aksiyaları keçirilib, Voronsovaya çağırış edilib ki, atasını müharibəni dayandırmağa və Aleksey Navalnını azad etməyə məcbur etsin. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar