Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

AB məhkəməsi Metanın iddiasını rədd etdi

Tarix: 24-05-2023 16:14     Baxış: 3284 A- / A+

Avropa İttifaqı (Aİ) məhkəməsi, AB Komissiyasının rəqabət araşdırmaları üçün Meta-dan əhəmiyyətli məlumatlar tələb etməsinin qanuni olduğuna qərar verib
Manevr.az xarici mərbuata istinadən xəbər verir ki, mərkəzi ofisi Lüksemburqda yerləşən, AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə Facebook, Instagram və WhatsApp-ın sahibi Metanın AB Komissiyasına qarşı qaldırdığı iddia ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə Metanın Aİ Komissiyasının axtarış şərtləri ilə müəyyən edilmiş sənədləri açıqlamaq tələbinə qarşı iddiasını rədd edib.
"Ümumi Məhkəmə hesab edir ki, Meta-platforma axtarış şərtləri ilə müəyyən edilmiş sənədlərin təqdim edilməsi tələbinin zəruri olandan kənara çıxdığını və ya virtual məlumat otağının yaradılmasının, həssas şəxsi məlumatların adekvat qorunmasını təmin etmədiyini müvəffəqiyyətlə nümayiş etdirə bilmədi"- qərarda qeyd olunub.
AB Komissiyası Facebook məlumatları və Marketplace ilə bağlı araşdırmaları çərçivəsində Meta-dan əhəmiyyətli miqdarda sorğu və məlumat tələb edib. Bu vəziyyəti tənqid edən Meta, məlumatları təqdim etməmək üçün AB Komissiyasına qarşı məhkəmə prosesi başladıb.
Bu mərhələdən sonra qərar qanuniliyin yoxlanılması üçün Avropa Ədalət Məhkəməsinə verilə bilər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar