Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada çağırışçıların pasportları müsadirə olunacaq

Tarix: 24-05-2023 14:10     Baxış: 3218 A- / A+

Rusiya Federasiyasının Dövlət Duması üçüncü, yekun oxunuşda “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına gəlmək qaydası haqqında” qanuna hərbi və ya alternativ mülki xidmətə çağırılan şəxsləri pasportlarını bu sənəti təqdim edən orqana depozitə qoymağa məcbur edən dəyişiklikləri təsdiqləyib.

Manevr.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çağırışçı çağırış elan edildikdən sonra beş gün ərzində pasportu depozitə qoymalı və o çağırışla bağlı ölkədən çıxışa müvəqqəti məhdudiyyətin müddəti bitdikdən və ya çağırış müddəti bitdikdən sonra onu götürə biləcək.

Pasport üzrlü səbəb olmadan səlahiyyətli orqana saxlanmaq üçün verilmədikdə, o, etibarsız hesab edilir. Həmçinin, pasport sahibinin soyadını, adını, atasının adını və ya doğum tarixi və yeri haqqında məlumatı dəyişdirdiyi, cinsinin dəyişdiyi və vətəndaşlığa xitam verildiyi halda etibarsız sayılacaq.

Düzəlişlər hələ Federasiya Şurası tərəfindən təsdiq edilməli və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmalıdır, onlar rəsmi dərc edildikdən 180 gün sonra qüvvəyə minəcək.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar