Xəbər lenti
Daşnaksutyun yenə ara qarışdırır: Üsyana çağırır
Moskvada, Kişinyovda, Brüsseldə və Qranadada keçiriləcək görüşləri sadalayaraq deyib ki, Paşinyan Əliyevlə qarşıdan gələn görüşlərdə “Qarabağ və Ermənistanın təslim edilməsinin təkcə yol xəritəsini deyil, həm də qrafikini açıqlayıb”. O bildirib ki, sonuncu Paşinyan-Əliyev görüşü oktyabrda Qranadada olacaq:
“Erməni xalqının, Ermənistanın bütün siyasi qüvvələrinin, laqeyd olmayan vətəndaşların ölkənin təhvili prosesini dayandırmaq üçün 5-6 ay vaxtı var”.
Saqatelyan Azərbaycanla imzalanacaq istənilən sənədin etibarsız olacağını göstərmək üçün Ermənistanda və Qarabağda kütləvi aksiyalara çağırıb.
Bununla belə o aksiyaların konkret tarixləri barədə heç nə deməyib:
“Bu hakimiyyət başqa seçim qoymur: ya təslim olmaq, ya da vətən uğrunda mübarizə aparmaq lazımdır. Mən zorakı hərəkətlərə çağırmıram, amma qiyam – xalqı əsir etmiş hökumətə qarşı xalqın itaətsizliyi və müqəddəs hüququdur”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ötən il parlament müxalifətinin təşkil etdiyi “Müqavimət” hərəkatı günlərlə davam edən küçə aksiyalarından sonra Paşinyanın istefasına nail ola bilməyib.
Lakin iqtidaryönlü deputat Artur Ovannisyan Saqatelyanın bəyanatını şərh edərkən deyib ki, müxalifət artıq bütün resurslarını tükəndirib:
“Heç kəs heç kəsin iradəsinin sərbəst ifadəsinə maneçilik törətməyəcək. Sadəcə bizim bu dairələrə rica və çağırışımız budur ki, onlar öz hərəkətləri ilə birdən Ermənistan Respublikasının maraqlarına və Dağlıq Qarabağ ermənilərinin maraqlarına ziyan vurmasınlar. Çünki belə olarsa, bu dəfə bizim bu hərəkətlərə qarşı tədbirlərimiz qanun çərçivəsində, amma daha sərt olacaq”.
Deputat deyib:
“Bu situasiyada Artsax (Qarabağ-red) xalqının hüquq və təhlükəsizliyini reallaşdırmaq üçün imkan daha çox, Ermənistanın beynəlxalq aləmdə tanımış suveren əraziləri üçün və indiki halda Dağlıq Qarabağ xalqı ətrafında risk daha azdır”.
Qarabağın öz müqəddəratını təyinetmə hüququna dair təkrar suala cavab verən iqtidar deputatı deyib ki, indi vəziyyət dəyişib:
“Mən istərdim ki, biz yenidən mümkün hərəkət imkanlarımızı müəyyənləşdirək. Hazırki situasiyada bizim hərəkətimiz belə olmalıdır: Ermənistan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış 29 min 800 kvadrat kilometrlik ərazisinin dövlət sərhədlərini, habelə Dağlıq Qarabağda yaşayan erməni xalqının hüquq və təhlükəsizliyini təmin edək”.
Azatutyun yazır ki, hökumət xalqdan gizli şəkildə heç bir sənəd imzalamayacağını bəyan edib. yenisabah.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar