Xəbər lenti
Mayın 25-də Minskdə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Mayın 25-də Minskdə KTMT-nin Müdafiə Nazirliyi Rəhbərləri Şurasının iclası keçiriləcək.
Manevr.az-ın xəbərinə görə, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov BELTA-ya bildirib ki, tədbirə Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin sədrlik edəcək.
"İclasın iştirakçıları KTMT-yə üzv dövlətlərin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, həmçinin böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər", - sözçü bildirib.
Həmçinin, KTMT-nin kollektiv təhlükəsizlik sisteminin güc və vasitələrinin komandanlıq və idarəetmə orqanlarının və birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıq və s. ilə bağlı sənədlərə baxılması planlaşdırılır.
İclasda quruma daxil olan ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə yanaşı, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov da iştirak edəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































