Xəbər lenti
Məhkəmə İmran Xanla bağlı qərar verdi
İslamabadın Apelyasiya Məhkəməsi Pakistanın sabiq baş naziri, “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb.
Manevr.az Modern.az-a istinadən xəbər verir ki, İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib.
İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb.
Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar