Xəbər lenti
Sudanda həlak olan mülki vətəndaşların sayı 850-yə çatıb

Sudanda ordu ilə paramiliter Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 850 mülki vətəndaşın öldüyü açıqlanıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Sudan Həkimlər Birliyindən verilən açıqlamaya görə, paytaxt Xartum və digər şəhərlərdə ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 850 mülki vətəndaş həyatını itirib, 3394 nəfər isə yaralanıb.
Ordu bir zamanlar dəstəklədiyi, lakin müstəqil və paralel bir ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid hesab etdiyi HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını tələb edərkən, HDK bunu bir müddət ərzində, mülki hökumətdən təxminən 10 il sonra qəbul edə biləcəyini açıqlayıb. "Söz müharibəs"i və artan gərginlik aprelin 15-i səhər saatlarında paytaxt Xartumda və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrilib.
HDK üsyançılara qarşı mübarizə, sərhədləri və qərbdə Çad sərhədindəki Darfur bölgəsində asayişi qorumaq üçün bir milis strukturu şəklində, prezident Ömər əl-Bəşirin devrildiyi dövrdə yaradılıb. 2013-cü ildə Təhlükəsizlik və Kəşfiyyat Təşkilatına daxil olan və tədricən müstəqil bir struktur qazanan HDK-nın on minlərlə üzvü var.
Paytaxt Xartum başda olmaqla müxtəlif şəhərlərdə tərəflər arasında qarşıdurmalar 36 gündür davam edir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar