Xəbər lenti
Polşa Zelenskini üzr istəməyə çağırıb

Kiyev Volın qətliamına görə Varşavadan üzr istəməlidir.
Manevr.az "vesti.ru"ya istinadən xəbər verir ki, bunu “Onet”ə müsahibəsində Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukaş Yasina deyib.
O, Zelenskini özündə cəsarət tapıb bağışlanma diləməyə çağırıb. Yasina əmindir ki, faciəni və ukraynalıların günahını etiraf etdikdən sonra iki ölkə arasında münasibətlər yeni səviyyəyə qalxacaq.
Volın qırğını Böyük Vətən Müharibəsi illərində baş verib. 1942-1943-cü illərdə polyakların qırğını Ukrayna "qiyamçı" ordusunun üzvləri (Rusiya Federasiyasında qadağandır) tərəfindən təşkil edilib. Millətçilər etnik azlığın 100 minə yaxın nümayəndəsini öldürüblər.
2016-cı ildə Polşa Seymi hətta Volın qətliamını soyqırım kimi tanıyan qətnamə qəbul edib. Deputatlar iyulun 11-ni həmin hadisələrin qurbanlarının xatirəsini anma günü kimi təsis ediblər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar