Xəbər lenti
Nyu-York hər il 1-2 millimetr çökür

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, "Advancing Earth and Space Science" (AGU) adlı qrupun jurnalında dərc olunan araşdırmada, xüsusilə, Manhetten bölgəsindəki göydələnlərin şəhərin geoloji quruluşuna təsiri araşdırılıb.
Araşdırma nəticəsində məlum olub ki, 8 milyondan çox insanın yaşadığı Nyu-York şəhərinin bəzi hissələri göydələnlərin ağlrlığl səbəbindən hər il 1-2 millimetr dəniz səviyyəsinə doğru çökür.
Sözügedən çöküşün kiçik miqyasda olduğu, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas hala gətirdiyi barədə xəbərdarlıq edilən araşdırmada vurğulanıb ki, sahil şəhərləri qlobal miqyasda böyüdükcə, artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın təhlükələrinin artması deməkdir.
Araşdırmada daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələri olduğu qeyd edilib.
Nyu Yorkdakı bütün binaların kütləsinin hesablandığı və Yerə tətbiq etdikləri təzyiq nəticəsində yaranan çökmənin modelləşdirildiyi araşdırmada, peyk məlumatlarından Nyu- Yorkda müşahidə edilən çökmənin təfərrüatlı qrafik görüntüləri də yer alıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar