Xəbər lenti
Priqojin Baxmutdakı uğursuzluqları etiraf edib - Müharibə Araşdırmaları İnstitutu
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin etiraf edib ki, muzdlular şəhərin şimal və cənubunda sabit cinahların itirilməsi səbəbindən Baxmutda Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini mühasirəyə ala bilmirlər.
Manevr.az "Report"a istinadən xəbər verir ki, bu, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) Ukrayna müharibəsi ilə bağlı gündəlik təhlil hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini əlverişli mövqeləri itirməkdə ittiham edib.
"Priqojin, ehtimal ki, Ukrayna qoşunlarının qaçılmaz mühasirədən qorxaraq Baxmutdan tamamilə geri çəkiləcəyini gözləyib və hətta Prezident Volodimir Zelenskiyə martın 3-də Ukrayna qoşunlarını şəhərdən çıxarmağa icazə verməyi təklif edib. Bununla belə, Ukrayna Müdafiə Qüvvələri Baxmutun qərbində yerüstü əlaqəni qorumağa davam edib, bu da "vaqnerçilər"i şəhər ərazilərində döyüşməyə və şəhərin içindən keçməyə məcbur edib. Priqojinin etirafı da Ukrayna rəsmilərinin "vaqnerçilər"in döyüş meydanında təşəbbüsü itirməsi ilə bağlı bəyanatlarını təsdiqləyir", - hesabatda bildirilib.
Vurğulanıb ki, Priqojin və onun muzdluları ilə əlaqəsi olan bloqçular da Rusiya qüvvələrinin Baxmutun cinahlarını qorumaq üçün lazım olan təşkilatlanma, atəş dəstəyi, koordinasiya və təlimdən məhrum olduğunu açıqlayıblar.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar