Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər vulkanlarla örtülmüş ekzoplanet tapıblar

Tarix: 18-05-2023 20:53     Baxış: 4187 A- / A+

Astronomlar 90 işıq ili uzaqlıqda yerləşən və tamamilə vulkanlarla örtülmüş kimi görünən Yer ölçüsündə LP 791-18d ekzoplanetini kəşf ediblər.
Manevr.az xəbər verir ki, NASA-nın məlumatına görə, bu planetdə püskürmələr çox güman ki, Yupiterin peyki İo-da - Günəş sistemindəki ən geoloji aktiv cisim- olduğu kimi tez-tez baş verir.

Daha böyük bir planetin cazibə qüvvəsi LP 791-18 d-də daxili istiləşməyə və vulkan püskürmələrinə səbəb ola bilər.

LP 791-18d həmişə öz ulduzu ilə eyni tərəfə baxır (Ay Yerə kimi). Səthdə maye suyun olması üçün gündüz tərəfi çox istidir. Eyni zamanda, LP 791-18d yaşayış zonasının daxili kənarında yerləşir. Alimlərin fikrincə planetlərin səthində maye su ola bilər. Əgər planet tədqiqatçıların güman etdiyi kimi geoloji cəhətdən aktivdirsə, o, atmosferi saxlaya bilər və gecə tərəfində rütubət qatılaşa bilər.

Yerüstü teleskoplar, həmçinin TESS (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu və artıq sıradan çıxmış Spitzer kosmik teleskopundan əldə edilən arxiv məlumatları bu ekzoplanetin tapılmasına kömək edib.

Ekzoplanetin Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə tədqiq edilməsi də planlaşdırılır.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar