Xəbər lenti
ABŞ İsrailə “İrana qarşı birgə hərbi planlaşdırma” təklif edib - İDDİA
ABŞ Müdafiə Nazirliyinin rəsmilərinin bu yaxınlarda İsrailə “İrana qarşı birgə hərbi planlaşdırma” təklif etdiyi iddia edilib.
Manevr.az xəbər verir ki, bu barədə "Axios News" ABŞ və İsrail mənbələrinə əsaslanaraq məlumat yayıb. Xəbərə görə, bu təklif ABŞ Müdafiə Naziri Lloyd Ostin, Baş Qərargah rəisi general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın İsrailə səfəri zamanı çatdırılıb. .
İsrail isə ABŞ-ın İrana mümkün hücuma etiraz edəcəyi təqdirdə İsrailin birtərəfli hərbi əməliyyatlarında əl-qolunu bağlayacağından ehtiyat edərək, bu təklifə “laqeyd” yanaşma nümayiş etdirib.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi İrana qarşı “birgə hərbi planlaşdırma” həyata keçirmək təklifinin “İranın nüvə proqramına qarşı birgə hücum planı olmadığını” vurğulayarkən, başqa bir ABŞ mənbəsi bu planın “İsrailin əl-qolunu bağlamaq” məqsədi daşımadığını iddia edib.
Adı açıqlanmayan bir İsrail rəsmisi isə bu ideyanı (təklifi) rədd etməsələr də, bunun praktikada nə demək olacağına və birgə əməliyyatlara çevrilib-keçməyəcəyinə dair izahat gözlədiklərini diqqətə çatdırıb.
Pentaqonun sözçüsü polkovnik-leytenant Phillip Ventura Axios-a bildirib ki, Müdafiə Departamentinin rəhbərləri İsrail Müdafiə Qüvvələri ilə hərbi əməkdaşlığın genişləndirilməsində, o cümlədən qarşılıqlı fəaliyyətin inkişafı və təşviqi üçün hərbi təlimlərdə birgə iştirakın artırılmasında maraqlı olduqlarını dəfələrlə açıqlayıblar.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar