Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İki həftə əvvəl qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Tarix: 18-05-2023 09:54     Baxış: 3212 A- / A+
Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları tapılan kiçik təyyarədə olan 4 uşaq sağ tapılıb. Sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu öyrənilib.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro, Twitter hesabından verdiyi açıqlamada, "Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarada qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu gördük. Bu ölkə üçün böyük sevincdir" dedi.

Qəzaya uğrayan təyyarədə “möcüzə” nəticəsində sağ qalan 11 aylıq körpənin olduğu, qardaşların meşədə aşkar edildiyi bildirilib.

13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoque-un qəzadan necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Blu Radio-nun xəbərində bacıların ən böyüyü Leslinin kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurduğu paylaşılıb.

Ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan daha 4 nəfərin cəsədi aşkarlanıb. Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsində 7 nəfərin olduğu bildirilib.

Sevda 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar