Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ İsrailə İran üzrə birgə hərbi planlama təklif etdi

Tarix: 18-05-2023 08:21     Baxış: 3227 A- / A+
ABŞ İsrailə iki ölkənin hərbçilərinin İranın hərəkətlərinə cavab vermək üçün birgə planlar hazırlaya biləcəyi təşəbbüs təqdim edib.

Bu barədə ABŞ və İsrail hakimiyyətinin nümayəndələrinə istinadən "Axios" portalı məlumat yayıb.

"ABŞ prezidenti Co Bayden administrasiyası bir neçə həftə əvvəl İsrailə İran üzrə birgə hərbi planlama ideyası barədə məlumat verib", - deyə ABŞ və İsrail rəsmiləri bildiriblər.

Amerika tərəfi vurğuladı ki, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı İsrail tərəfinin diqqətinə çatdırılıb.

Bununla belə, amerikalı mənbələrdən biri aydınlaşdırıb ki, bu, "İranın nüvə proqramına ABŞ və İsrailin birgə hər hansı zərbəsinin planlaşdırılması ilə bağlı deyil".

Eyni zamanda, qeyd edilir ki, İsrail hakimiyyəti ABŞ-ın təşəbbüsünə şübhə ilə yanaşır və hesab edirdi ki, Vaşinqton İsraili İrana qarşı, xüsusən də nüvə proqramının obyektlərinə qarşı hərəkət etmək imkanından məhrum etməyə çalışır.

Nəticədə İsrail Vaşinqtonun planını rədd etməyib, aydınlıq gətirilməsini istəyib. ABŞ rəsmisi "Axios"a izah edib ki, Amerika təşəbbüsü İsraili fəaliyyət azadlığından məhrum etmək deyil, onu dəstəkləmək məqsədi daşıyır. Onun çərçivəsində tərəflər İranla bağlı müxtəlif fövqəladə hallar zamanı planlar mübadiləsi aparacaq və Tehranın regiondakı fəaliyyəti ilə bağlı yaranan hadisələrin müxtəlif ssenarilərində ən yaxşı şəkildə necə davranmağı müzakirə edəcəklər.

Qeyd edilir ki, iki həftə əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda etdiyi çıxışda İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.

"Biz açıq şəkildə bildirdik: İranın heç vaxt nüvə silahına malik olmasına icazə verilməyəcək. ABŞ prezidenti Co Baydenin dəfələrlə dediyi kimi: İsrailin fəaliyyət azadlığını tanımaq da daxil olmaqla, bu məqsədlə lazımi tədbirləri görəcəyik", - deyə C.Sallivan bildirib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar