Xəbər lenti
Taxıl Dəhlizi Sazişinin müddəti 2 ay uzadıldı

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq məqsədilə yaradılan taxıl dəhlizinin müddəti daha 2 ay uzadılıb.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
Ərdoğan Türkiyə rəhbərliyi, Rusiya və Ukraynanın konstruktiv münasibəti və BMT-nin yardımı sayəsində 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış Taxıl Dəhlizi Sazişinin bir neçə dəfə uzadıldığını və uzadılma müddətinin bitmək üzrə olduğunu sonuncu dəfə imzalandığını xatırladıb.
"Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfələri ilə Qara dəniz Taxıl Dəhlizi Sazişinin daha 2 ay müddətinə uzadılması qərara alınıb. Bu qərar, həyati əhəmiyyət kəsb edir. Qlobal ərzaq tədarük zəncirlərinin fasiləsiz işləməsi və ehtiyacı olan ölkələrin taxıla çıxışının asanlaşdırılması bütün tərəflər üçün faydalı olacaq.
Sazişin bütün şərtlərini yerinə yetirərək növbəti dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Bundan başqa, rusiyalı dostlarımız Mykolayiv və Olvia limanlarında türk gəmilərinin çıxmasına mane olmayacaqlarını bildiriblər. Buna görə onlara minnətdarıq”,- deyə Ərdoğan vurğulaylb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar