Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan təşviş içində: kənddə naməlum şəxslər peyda olub – ŞOK

Tarix: 17-05-2023 14:55     Baxış: 3300 A- / A+


Ermənistan Azərbaycanın eksklavlarının geri qaytarılması prosesini başlatmağa hazırlaşır.
Manevr.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, artıq Qazaxla sərhəddə yerləşən İcevan rayonunun Ayqeovit (Uzuntala) kəndində ölçmə işləri başlayıb. Qəzetə danışan yerli sakinlərdən biri Paşinyanın Brüsselə səfərindən az öncə kənddə naməlum şəxslərin peyda olduğunu və onların müəyyən ölçülər götürdüyünü bildirib. O qeyd edib ki, sözügedən hadisə əhali arasında böyük təşvişə səbəb olub. Sakinlər artıq kəndin böyük qisminin Azərbaycana verilməsinə hazırlıq aparıldığını düşünüblər.
Uzuntal icmasının rəhbəri Levon Qriqoryan suallara aydın cavab verməyib. Paşinyanın Mülki Müqavilə Partiyasından olan Qriqoryan maksimum formada suallardan yayınaraq, bu barədə heç bir şey eşitmədiyini söyləyib.
Qeyd edək ki, Uzuntala kəndi Qazaxın Ermənistanın nəzarətində olan üç eksklavından ikisinin yaxınlığında yerləşir. Bunlar isə Sofulu və Barxudarlı kəndləridir.
Xatırladaq ki, bir qədər əvvəl Brüsseldə iki ölkə liderinin keçirdiyi görüşdə Bakı və İrəvan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb.globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar