Xəbər lenti
Rusiya: Kiyevdə "Patriot" sistemini hipersəsli "Kinjal" raketi ilə vurduq

Manevr.az yerli mətbuata istinadən xəbər verir ki, Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Ukrayna ordusunun hərbi mərkəzlərinə, Qərb ölkələrinin Ukraynaya göndərdiyi sursat, silah və hərbi maşın anbarlarına uzun mənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumu həyata keçirdikləri barədə məlumatı paylaşan Konaşenkov hücumların hədəflərə çatdığını, bütün müəyyən edilmiş obyektlərin vurulduğunu bildirib.
Kremlin sözçüsü Dmitriy Peskov da Ukrayna tərəfinin 6 "Kinjal" raketinin vurulması ilə bağlı açıqlamasını dəyərləndirərək, "Kinjal misli görünməmiş texniki və taktiki xüsusiyyətlərə malikdir. Bunu Putin (Rusiya prezidenti) və texniki ekspertlərimiz dəfələrlə deyib. Həqiqətən də belədir" deyib.
Ukrayna Müdafiə Nazirliyi daha əvvəl Patriot sistemlərinin ABŞ, Hollandiya və Almaniyadan gətirildiyini bildirmişdi.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk mayın 6-da verdiyi açıqlamada Rusiyanın hipersəsli “Kinjal” raketini “Patriot” sistemi ilə Kiyev vilayətində vurduqlarını bildirmişdi.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar