Xəbər lenti
Rembrandtın iki portreti tapıldı: 200 ildən sonra
İncəsənət tarixçilərinə məlum olmayan və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyən Rembrandt tərəfindən çəkilmiş iki portret şəxsi sənət kolleksiyasında 200 il saxlandıqdan sonra aşkar edilib.
Manevr.az xəbər verir ki, bu barədə bazar günü Financial Times qəzeti yazıb.
Məlumata görə, "Christie's" hərrac evinin mütəxəssisləri Rembrandtın rəsmləri ilə rastlaşaraq, rəsmlərin müntəzəm qiymətləndirilməsini aparıblar. “Bu rəsmlərin əvvəllər heç vaxt öyrənilməməsi məni təəccübləndirdi. Rembrandt haqqında ədəbiyyatda onlar tamamilə yox idi". Bunu təşkilatın nümayəndəsi Henri Pettifer deyib.
Qəzet yazır ki, "Christie's" rəsmləri təhlil üçün Amsterdamdakı Rijksmuseum-un ekspertlərinə göndərib, onlar maddi-texniki və bədii-tarixi araşdırma aparıb və Rembrandtın müəllifliyini təsdiqləyiblər. Qeyd olunur ki, təhlillər və araşdırmalar apardıqdan sonra hərrac evi portretləri orijinal kimi tanıyıb. Financial Times-a görə, iki rəsmin təxmini dəyəri 5-8 milyon avrodur.
Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük - Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar