Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Rusiya uduzur və Çinin vassalına çevrilir” – Makron

Tarix: 15-05-2023 17:31     Baxış: 3266 A- / A+
“Geosiyasi baxımdan Rusiya Ukraynaya qarşı müharibədə artıq məğlub olub və indi Çinin vassalına çevrilir”.
Manevr.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, Rusiya faktiki olaraq Çinin nəzarətinə keçib, həmçinin Baltik dənizində müstəqilliyini itirib, çünki Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya daxil olmağa məcbur edib:
“İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi, amma bu gün bu, artıq geosiyasi məğlubiyyətdir”. 
Makron vurğulayıb ki, Rusiya bu müharibədə hərbi yolla qalib gəlməməlidir və Avropa ukraynalılara həm əks-hücuma hazırlaşmaqda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda kömək etməlidir.
“Avropa təhlükəsizlik arxitekturası bütünlüklə Ukraynaya şamil olunmalıdır. Bura həm də Rusiya ilə qarşıdurmanın olmaması və sabit qüvvələr balansının bərpası daxil edilməlidir. Amma bu hələ çox uzaqdadır”, - Fransa prezidenti söyləyib.teleqraf.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar