Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Heç birinizi bağışlamayacam..." – İncədən sərt sözlər

Tarix: 13-05-2023 19:50     Baxış: 3278 A- / A+
“Mən olmasam, Rəcəb Tayyib Ərdoğan birinci turda qalib gələr”.
Manevr.az xəbər verir ki, bunu Məmləkət Partiyasının sədri Məhərrəm İncə deyib.
“Kılıçdaroğlu, 60 faizlə seçkini qazana bilirsən? Sən seçkidə qalib gəlirsən, mən əngəl oluram? Mən sənə mane oluram? Mən əngəlləyirəm, yoxsa kömək edirəm? Yaxşı düşün. Məhərrəm İncə və Məmləkət Partiyasının səs aldığı kəsim nə Kılıçdaroğluna, nə də Ərdoğana səs verər. Bizə səs verəcəklər, ilk dəfə səs verənlər, qərarsız seçicilər də hər ikisinə səs verməyənlərdir. Bu fərqli kəsimdir. Məhərrəm İncə və Məmləkət Partiyasını kənarlaşdıranda heç də səslərin hamısı müxalifətə getmir. Belə bir dünya yoxdur. 21 ildir Ərdoğana qalib gələ bilmirsən, trollarınla mənimlə mübarizə aparırsan. Utanmalısan, məncə, utanmalısan. Yenə soruşuram, mane oluram, yoxsa kömək edirəm? Seçkilərin ikinci tura qalmasına imkan yaradıram. Səhv edirsiniz trollar, mən olmasam, Ərdoğan seçkini birinci turda qazanar”, - siyasətçi bildirib.
İncə onu şantaj edən FETÖ-nün CHP-ni dəstəklədiyini söyləyib:

“İndi FETÖ-çülər CHP-ni dəstəkləyirlər. FETÖ-çülər mənə böhtan atırlar, CHP-li qardaşlarım bunları yayırlar. Bu ayıbdır, etdiyin işdən utanacaqsan. Saxta sənəd yayanların hamısını məhkəməyə verəcəm, sonra yalvarmayın. “Bağışlayın, səhv etdim” deyəni bağışlamayacam. Mənim namusumla oynayacaqsan, mənim övladlarım, ailəm var, heç birinizi bağışlamayacam”.
Məhərrəm İncə ötən günlərdə FETÖ-nün “intim kaset” şantajından sonra prezidentliyə namizədlikdən geri çəkildiyini açıqlamışdı.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar