Xəbər lenti
Saturnun daha 28 peyki tapıldı
Beynəlxalq Astronomiya İttifaqı Saturnun daha 28 peykinin kəşf edildiyini təsdiqləyib.
Manevr.az xəbər verir ki, "Inlscience.com"un məlumatına görə, indiyə qədər Saturnun 117, Yupiterin isə 95 təsdiqlənmiş peyki var.
Saturn və Yupiter bizim günəş sistemindəki ən böyük iki planetdir. Bu o deməkdir ki, onların keçən kosmik obyektləri öz orbitlərinə çəkə bilən nəhəng cazibə qüvvəsi var.
Onların bəzi peykləri böyük maraq doğurur. Məsələn, Saturnun peyki Enceladus yadplanetli həyatın mövcudluğuna ən çox ehtimal olunan namizəd hesab olunur. Yupiterin peyki Qanimed isə günəş sistemimizin öz maqnit sahəsinə malik ən böyük peykidir.
Bununla belə, nəhənglərin bu duetinin peyklərinin dəqiq sayı nisbidir, çünki hansı obyektləri peyk adlandırmaq olar sualı mübahisəli hesab olunur. Saturn xüsusilə, maraqlı bir nümunədir. Çünki onun ətrafında milyardlarla xırda buz və qaya parçasından ibarət çox gözəl bir halqa var, hansı ki, sputnik sayılmır.
Bundan əlavə, astronomlar daim planetlərin ətrafında fırlanan təbii peyklərin yeni müşahidələrini aparırlar və hazırda Yupiter və Saturn üçün yüzlərlə namizəd təsdiqini gözləyir. Bu mənada ən çox peyki olan planetin adı müntəzəm olaraq bu nəhənglərin birindən digərinə keçir.
Bu ilin fevral ayında Yupiterin daha 12 peyki kəşf edildi və bununla da ümumi sayı 92-yə çatdı. O zaman Saturnun yalnız 83 təsdiqlənmiş peyki olduğu üçün Yupiter Günəş sistemində ən çox peyki olan planet elan edildi. İndi o, əslində bu tituldan məhrum edilib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar