Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistandakı rus diasporu ilə bağlı SENSASİON ARAŞDIRMA

Tarix: 12-05-2023 21:58     Baxış: 3175 A- / A+
Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar savaş və elan olunan səfərbərlikdən sonra ölkəni minlərlə insan tərk edib. Onların bir çoxunun Qafqazın iki respublikasına - Ermənistan və Gürcüstana üz tutduğu bildirilir. Ermənistana gedən ruslar Gürcüstana üz tutanlarla müqayisədə daha gənc, daha liberal və siyasi fəaldırlar.

Xarici agentliklər xəbər verir ki, bu barədə Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin hazırladığı hesabatda bildirilir.

Ermənistana gedənlərin orta yaşı 30, Gürcüstana üz tutanların yaşı isə 33-ə yaxındır. Ermənistana mühacirət edənlərin təxminən 45%-i evlidir, 15%-nin isə uşaqları var. Gürcüstan üçün bu rəqəmlər müvafiq olaraq 58% və 33% təşkil edir.

Ermənistanda sorğuda iştirak edənlərin üçdə ikisi Rusiyanı tərk etməzdən əvvəl ictimai və siyasi tədbirlərdə iştirak edib, onlardan 26%-i müharibə əleyhinə etiraz aksiyalarına çıxıb. Gürcüstana gələn rus siyasi fəallar arasında mitinqlərdə cəmi 11% iştirak edib.

Ermənistanda respondentlərin demək olar ki, 75%-i, Gürcüstanda isə 65%-i Ukraynadakı münaqişədə ilk növbədə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib. Ermənistandakı mühacirlərin təqribən 3 faizi, Gürcüstanda isə 11 faizi savaşda Qərb dövlətlərini və NATO-nu günahkar sayıb. Ermənistana gedənlərin 96%-i, Gürcüstana gedənlərin isə 82%-i Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini mənfi qiymətləndirib. Ermənistanda sorğuda iştirak edən rusların beşdə biri müharibə başlayandan sonra Rusiyanı tərk edib, Gürcüstan üçün bu rəqəm cəmi 4% təşkil edir. Əksəriyyət səfərbərlik elan edildikdən sonra mühacirət edib: Ermənistanda bu rəqəm 46%, Gürcüstanda isə 56%-dir.

Həmçinin, respondentlərin mühacirətdən sonra qarşılaşdıqları problemlər də ortaqdır. Ermənistanda respondentlərin 45%-i, Gürcüstanda isə 34%-i ev, 23%-i və 24%-i iş tapmaqda çətinlik çəkir. Ermənistana mühacirət edənlərin 39%-i, Gürcüstanda 17%-i psixoloji çətinliklərlə üzləşiblər. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar