Xəbər lenti
Patel: ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini silahlı qüvvələrini sərhəddən çıxarmağa çağırır
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini silahlı Qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırır.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Azərbaycan Ermənistan sərhədində son zamanlar eskalasiyanı şərh edərkən deyib.
“Zorakılıq Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi irəliləyişə xələl gətirir. Biz hər iki ölkənin liderlərini ayın 14-də Brüsseldə görüşən zaman təyyarələrini sərhəddən geri çəkməyə razılaşmağa çağırırıq”, - Patel bildirib.
O, əlavə edib ki, qoşunların geri çəkilməsi ilə bağlı bu məsələ mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda danışıqlar zamanı müzakirə olunub.
Vaşinqtonda baş tutan danışıqlara gəlincə, Patel onları mühüm, müsbət addım adlandırıb. Onun sözlərinə görə, tərəflər bəzi mühüm məsələləri müzakirə etmək, qarşı tərəfin nöqteyi-nəzərini görmək imkanı əldə ediblər.
Dövlət katibinin Brüsseldə gözlənilən görüşü “Vaşinqton dialoqunun davamı” kimi görüb-görmədiyi, yoxsa bunu “ayrı bir yol” hesab etməsi ilə bağlı suala Patel belə cavab verib: “Biz inanırıq ki, hələ irəliyə doğru bir yol var. Biz inanırıq ki, bu problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq bu məsələ ilə dərindən məşğul olmaqda davam edirik. Amma mən danışıqların özündən irəli getməyə hazırlaşmıram”.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar