Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Borrell: "Ukrayna hələ qalib gəlməyib, amma Rusiya müharibəni artıq uduzub"

Tarix: 11-05-2023 17:41     Baxış: 3261 A- / A+

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynada müharibənin davam etdiyini, lakin Rusiyanın artıq müharibəni uduzduğunu deyib.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Borrell özəl qurumun təşəbbüsü ilə Brüsselin Eqmont sarayında keçirilən “Avropa Müdafiə və Təhlükəsizlik Sammiti” tədbirində iştirak edərək sualları cavablandırıb.

"Rus ordusu məğlub oldu. Kiyevi bir neçə həftəyə almağa çalışdılar, bacarmadılar, geri çəkildilər, Baxmutu ala bilmədilər. Rusiya artıq bu müharibəni uduzdu. Ukrayna hələ qalib gəlməyib, amma Rusiya açıq-aşkar hərbi cəhətdən məğlub olub”,- deyə Ukraynadakı müharibəni şərh edən Borrell vurğulayıb.

Aİ-nin Ukraynaya dəstəyinin müharibənin uzanmasına səbəb olması ilə bağlı tənqidlərə dair suala Borrell, "Bəli, Ukrayna özünü müdafiə etdiyi üçün müharibəni uzadıram. Onlar başa düşmürlər ki, əgər Ukraynanı dəstəkləməyi dayandırsaq, Ukrayna azad və müstəqil bir ölkə olaraq xəritədən silinəcək” cavabı verib.

AB-nin artıq 17 min ukraynalı əsgərə təlim keçdiyini bildirən Borrell ilin sonuna qədər təlim keçəcək əsgərlərin sayının 30 min olacağını qeyd edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar