Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kılıçdaroğlu Türkiyəni Qərbə çevirəcəyinə söz verdi

Tarix: 11-05-2023 17:10     Baxış: 3244 A- / A+

Türkiyə prezidentliyinə namizəd, Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlu bildirib ki, o, ölkənin xarici siyasətini “180 dərəcə” çevirmək və Türkiyəyə “əsl demokratiya” gətirmək istəyir.
Manevr.az xəbər verir ki, "Deutsche Welle"-yə müsahibəsində namizəd qeyd edib ki, onun prezidentliyi dövründə ölkə “Qərbə tərəf dönəcək”.

“Türkiyənin xarici siyasətini 180 dərəcə çevirəcəyik. Avropa İttifaqının verdiyi bütün demokratik qaydaları ölkəmizə gətirəcəyik”. O, dəyişikliklərin təkcə Türkiyədə deyil, bütün dünyada görüləcəyini vurğulayıb.

Kılıçdaroğlu Türkiyənin uzun müddətdir ki, Avropa Birliyinə üzv olmaq üçün dayanmış cəhdini canlandırmaq istədiyini də bildirib. “Biz Qərbə və Qərb sivilizasiyasına üz tutacağıq”, - deyə siyasətçi bildirib. Müxalifətçi eyni zamanda “Rusiya ilə yaxşı münasibətdə olmaq istərdim” deyə konkretləşdirib.

Ötən gün Türkiyə prezidenti Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının dövlət başçısı seçimində “Qərb güclərinin qulaqlarına pıçıldadıqlarına” deyil, “Anadolu müdrikliyinə” güvənəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.

Bloomberg yazıb ki, ABŞ və Aİ Türkiyənin Qərblə tarixi müttəfiqliyini bərpa etməsini istəyir. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bildirib ki, Qərb mətbuatı ABŞ-ın planını həyata keçirmək üçün Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı manipulyasiyalar təşkil edir.

Sevinc
Manevr az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar