Xəbər lenti
Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, tərəflərdən təmkin gözləyir - Peskov

Rusiya Qarabağ məsələsində vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir, Bakı və İrəvanla təmasları davam etdirəcək.
Manevr.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə deyib.
“Bilirsiniz ki, təmaslar davam edir, bir gün əvvəl Vladimir Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə də təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməyə davam edəcək. Təbii ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”, - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də İrəvanla əlaqələri davam etdirəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar