Xəbər lenti
Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib.
Manevr.az bildirir ki, bu barədə axar.az-a türkiyəli jurnalist Həsən Barın məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyi gözlənilən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq.
“Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki problemləri göstərəcəyi ehtimal olunur”, - H.Barın bildirib.
Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar