Xəbər lenti
Bu ölkədə COVID-19 məhdudiyyətləri ləğv edilib

Cənubi Koreya COVID-19 virusu ilə mübarizə çərçivəsində 2020-ci ilin əvvəlindən tətbiq etdiyi qadağa və məhdudiyyətləri ləğv edib.
Manevr.az xəbər verir ki, bu barədə qərarı Prezident Yun Sok Yol operativ qərargahın iclasında açıqlayıb. Qərara əsasən, COVID-19 virusunun “ciddi xəstəlik” statusu “xəbərdarlıq” səviyyəsinə endirilib. Bu, virusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edir, əvəzində 5 günlük könüllü özünütəcrid tövsiyə olunur. Bundan başqa, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub.
Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.(AZƏRTAC)

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar