Xəbər lenti
Atəşkəs olacağı təqdirdə Zelenski bu ideyasından əl çəkməyəcək - Harris

Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə Kiyev arasında müvəqqəti barışıq əldə olunacağı təqdirdə Zaporojye, Krım və Donbasın ələ keçirilməsi ideyasından əl çəkməyəcək.
Manevr.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Kolorado Universitetinin Siyasi Elmlər Departamentinin dosenti Piter Harris "19FortyFive" saytı üçün yazdığı məqalədə qeyd edib.
ABŞ-dan olan ekspertin fikrincə, mövcud status-kvonu möhkəmləndirəcək razılaşma Ukrayna liderinin revanşist planlarını ləngitməyəcək.
"Ukraynanın parçalanmasını qan tökülməsini dayandırmaq üçün qısamüddətli tədbir kimi qəbul etsələr belə, gələcəkdə belə bir fürsət yaranarsa, Kiyev liderləri, şübhəsiz ki, itirilmiş əraziləri qaytarmaq üçün daxili təzyiqlə üzləşəcəklər",- deyə ekpert vurğulayıb.
Politoloq qeyd edib ki, hazırda iki ölkə arasında sülh əldə olunarsa, Ukrayna rəhbərliyinin hələ də hərbi əməliyyatları bərpa etmək və danışıqların yeni mərhələsi üçün daha əlverişli şərait yaratmaq üçün kifayət qədər stimulları olacaq. Öz növbəsində, Moskva Ukrayna silahlı qüvvələrinin Rusiya ərazilərini ələ keçirmək cəhdlərinin güclü cavabla nəticələnəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar