Xəbər lenti
"Biz Azərbaycanla danışıqlara hazırıq, amma şərtimiz var..." - Vardanyan

Biz danışıqlara hazırıq, lakin onlar Azərbaycan əsasında ola bilməz, qarşılıqlı hörmətə əsaslanmalıdır.
Manevr.az news.an-a istinadən xəbər verir ki, bunu qondarma "Dağlıq Qarabağ"ın keçmiş "dövlət naziri" Ruben Vardanyan mayın 9-da “Dağlıq Qarabağda etnik təmizləməyə yox” hərəkatının təşəbbüs qrupunun Stepanakertdə keçirilən mitinqində çıxışı zamanı deyib.
“Danışıqlar o zaman aparılmalıdır ki, biz dünyaya müstəqil "Dağlıq Qarabağ" kimi qonşularımızla oturub danışa biləcəyimizi söyləyə bilək. Nə olursa olsun ləyaqətimizi qoruyacağıq. Hamımız birlikdə qırmızı xətlər çəkdik və dedik ki, bu, Dağlıq Qarabağ xalqı üçün qəbuledilməzdir. Aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradaraq bu qırmızı xətti pozdu",- deyə Ruben çərənləyib.
"Yeganə seçim mübarizə aparmaqdır. Əks təqdirdə, ayağınızı silə biləcəyiniz ləyaqətsiz bir insana çevrilirsiniz. Qırmızı xətt hamımız üçün aydın olmalıdır, çünki başqa dövlətin pasportlarımızı yoxlaması tələbinə tabe olmağa haqqımız yoxdur. Heç kim bizim Ermənistana sərbəst giriş-çıxışımızı məhdudlaşdırmamalıdır. Artıq 149 gündür blokadadayıq, qazımız, işığımız yoxdur, bir çox problemimiz var, amma dayanırıq. Belə yollarla reinteqrasiyadan söhbət gedə bilməz, bu yenidən işğaldır. Yenidən məşğul olmağa yox deyin.
Biz öz torpağımızda yaşamaq haqqımızı müdafiə edirik. Biz heç kimə hücum etmək istəmirik, sülh yolu ilə istəyirik",- deyə Vardanyan sərsəm çıxışını yekunlaşdırıb.
Sevinc
Manevr.az
P.S. Bunun bircə adı var-həyasızlıq! Hansı torpaqdan danışırsan, ay soysuz?!! Yox, siz dinc yaşaya bilmirsiz, o iyrənc başınız mütləq əsgərimin yumruğu altında əzilməlidir. Yerindədi "Dəmir yumruq!"!
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar