Xəbər lenti
Liderlərin səs verəcəyi yerlər müəyyənləşdi

Ümumi Prezident və 28-ci Dövr Millət vəkili seçkilərində liderlərin səs verəcəyi yerlər müəyyənləşib.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 14-də keçiriləcək seçkilərdə Xalq Alyansının prezident və prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verəcək.
CHP sədri və Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Ankaradakı Argentina İbtidai məktəbində səs verəcək. Vətən Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə və ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan da Ankaranın Çankaya şəhərində səs verəcək.
MHP sədri Dövlət Baxçalı Ankarada Anıttəpə orta məktəbində, İyi Partiya sədri Meral Akşener İstanbul Üsküdar Bəylərbəyində Hacı Sabancı Anadolu Liseyində, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu İstanbul Eyüpsultan Nejat Sabuncu İbtidai məktəbində, DEVA Partiyasının sədri Əli Babacan Ankaranın Bilkent şəhərindəki T Emlak Bank Orta Məktəbində səs verəcək.
BBP sədri Mustafa Destici İstanbulda, Yenidən Rifah sədri Fatih Ərbakan Ankara Çankayadakı Rıdvan Ege Anadolu Liseyində, HDP həmsədri Mithat Sancar Ankara Çankayada Aytən-Şaban Diri İbtidai məktəbində səs hüququndan istifadə edəcək. Vitse-prezident Fuat Oktay da Ankaradakı Çankaya İbtidai məktəbində səs verəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar