Xəbər lenti
"Bu, biabırçılıqdır, ermənilər orduda xidmət etmək istəmirlər" - Toxatyan
“İndiki gənclər orduda xidmət etmək istəmirlər”.
Bunu erməni aktyor Qrant Toxatyan İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə məhkəmə iclası başlayıb. Onun tərəfdarları məhkəmənin həyətinə toplaşıb.
“Müstəqillik əldə etdikdən sonra ölkəmizdə iki təsisat var idi. Biri kilsə, digəri isə ordu idi. Son illər bunların hər ikisi darmadağın edilib. Onlar ordunun nüfuzunu mümkün qədər sıfıra endirmək istəyirlər.
Bunu etmək olmaz. Bu, biabırçılıqdır. Hərbçilərə deyəcəkləri olsaydı, ayrı-ayrılıqda görüşüb deyə bilərdilər.
Bu məsələ daxildə həll edilməli idi. Bu gün oğlanları ordudan azad etmək üçün əllərindən gələni edirlər.
Təbii ki, əvvəllər də belə bir şey var idi, amma nadir hallarda olurdu. Bu gün gənclər, ümumiyyətlə, orduda xidmət etmək istəmirlər.
Söhbət çoxluqdan gedir. Təbii ki, hər zaman vətənpərvər oğlanlar var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə, ümumiyyətlə, çağırışçılar olmayacaq”, – deyə o təəssüflənib. bakupost.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar