Xəbər lenti
Paşinyan Qələbə Gününü Moskvada qeyd edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya rəsmi səfərə gələcək və Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfərə yola düşəcək. Mayın 9-da o, Böyük Vətən Müharibəsində Qələbə ilə bağlı tədbirlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Ermənistanın baş naziri Moskvaya səfər edəcəyini açıqlamışdı. Mayın 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Paşinyan arasında görüş ola biləcəyini demiş, lakin “zamanı qabaqlamamağı” bildirmişdi.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar