Xəbər lenti
"Putini qartallar qorusun!" - Təklif
Kreml sarayına hücum Rusiyanı təşvişə salıb. Rusiya lideri Vladimir Putini müdafiə etməyin yeni yolu tapılıb. Ölkədə “qartal donanması” yaradılacaq. Təlim keçmiş qartal donanmasının Kremlə hücum edəcək pilotsuz təyyarələri zərərsizləşdirməsi planlaşdırılır.
Manevr.az xəbər verir ki, Rusiyanın iddiasına görə, ABŞ və Ukraynanın dəstəklədiyi Kreml hücumu ölkəni həyəcan vəziyyətinə salıb.
Prezident Vladimir Putinə qarşı sui-qəsd cəhdləri günü-gündən artır. Parlamentin aşağı palatasını təşkil edən Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Kreml Sarayına hücumdan sonra ölkədə mühüm infrastrukturların qorunması üçün təlim keçmiş qartallardan ibarət xüsusi donanma yaradılmasını təklif edib.
“Dronun Kremlə çatması mənim üçün təhqirdir”, - vitse-prezident Juravlev Rusiyanın dövlət agentliyi RİA Novosti-yə deyib.
Kreml hücumunun Ukrayna kəşfiyyatı tərəfindən təşkil edildiyini iddia edən Juravlev, "Kiyevin mərkəzini hədəf almalıyıq. Zelenskinin ofisini dağıdaq. Ali Şuranı, Baş Qərargah binasını və kəşfiyyat xidmətlərinin yerləşdiyi strukturları yandıraq..."- deyib
Digər tərəfdən, hərbçilərdən yayınma cəhdlərinin qarşısını almaq üçün Dumada cinsiyyətin cərrahi yolla dəyişdirilməsinin qadağan edilməsi də gündəmdədir.
Ölkənin aparıcı qəzetlərindən biri olan “Kommersant”a danışan anonim mənbə qanun layihəsində dəyişiklik edilməsinin səbəbinin “ailə dəyərlərini qorumaq, eləcə də yazda başlanacaq icbari hərbi xidmət kampaniyasında iştirakın təmin edilməsi” olduğunu irəli sürüb. ".
Mənbə bildirib ki, gənclərin çoxu hərbi xidmətdən yayınmaq, əməliyyat olmadan cinsiyyətini dəyişmək üçün özəl klinikalara üz tutur.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar