Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın yaratdığı mif dağıldı: Ukrayna “Kinjal”ı BELƏ MƏHV ETDİ - ŞƏKİL

Tarix: 06-05-2023 16:30     Baxış: 3226 A- / A+

Rusiyanın yaratdığı mif dağıldı: Ukrayna “Kinjal”ı BELƏ MƏHV ETDİ - FOTO


Ukrayna ilk dəfə olaraq Rusiyanın hipersəs raketini vura bilib. 

Manevr.az xəbər verir ki, yerli medianın məlumatına görə, ABŞ tərəfindən Ukraynaya verilən təkmilləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə Rusiyanın Kh-47M2 “Kinjal” hücum raketi vurulub. 

Rusiya müdafiə qüvvələrinin məlumatına əsasən, raket səsdən 10 dəfə yüksək sürətlə uçuş qabiliyyətinə sahibdir. Belə bir raketin “Patriot” raketləri ilə vurulması Rusiyanın “Kinjal” raketləri ilə bağlı yaratdığı mifi dağıtmış oldu. 

Qeyd edək ki, Kh-47M2 “Kinjal” raketinin vurulmasının fraqmentlərini əks etdirdiyi iddia edilən görüntülər Ukraynanın “Defence Ekspress” nəşri tərəfindən yayımlanıb. Vurulan raketin qalıqları Kiyevdəki boş futbol stadionuna düşüb. 

Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmiləri yerli medianın yaydığı məlumatları şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, Rusiya ordusu “Kinjal”dan ilk dəfə ötən il martın 29-da Ukraynada döyüşdə istifadə edib. O zaman raket yanacaq anbarına zərbə endirmək üçün istifadə edilib. Rusiyanın iddialarına görə, raket Qərbin ən qabaqcıl hava hücumundan müdafiə sistemləri tərəfindən vurula bilməz.sfera.az

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar